Real mühitdə istedadların inkişafı
DevLab Talent ekosistem daxilində texnoloji istedadların real artım mühitində inkişafını təmin edir. Mentor dəstəyi, real layihələr, şirkətlərə çıxış.

Niyə DevLab Talent?
Sadəcə kurs deyil — real iş mühiti, ölçülə bilən inkişaf, şirkətlərə birbaşa çıxış.
Real yönümlü layihələr
Real iş mühitinə uyğun struktur, deadline və code review ilə icra olunan layihələr.
Şirkətlərə çıxış imkanı
Namizəd portfolio və ölçülə bilən performans göstəriciləri əsasında şirkətlərə daha sistemli şəkildə təqdim olunur.
Təcrübəli Mentor dəstəyi
Real bazar təcrübəsinə əsaslanan istiqamətləndirmə və davamlı geribildirimlə inkişafını sürətləndir.
Ölçülən inkişaf yolu
Texniki dərinlik, icra keyfiyyəti və məsuliyyət indikatorları üzrə data-əsaslı qiymətləndirmə sistemi.
Sənə uyğun Sahəni seç!
Sahənin peşəkar mütəxəssisi olmaq üçün əsas addımlarını at.
Frontend Development
Bu 8 həftəlik intensiv proqram miqyaslana bilən komponent arxitekturasından istifadə etməklə sıfırdan mürəkkəb, real istehsalat səviyyəli istifadəçi interfeyslərinin qurulmasına yönəlib.
Backend Development
Bu 8 həftəlik intensiv proqram Java və Spring ekosistemi texnologiyalarından istifadə etməklə miqyaslana bilən, hadisəyə əsaslanan (event-driven) və paylanmış backend sistemlərinin qurulmasına yönəlib.
Data Science
Bu 8 həftəlik qabaqcıl Data Science proqramı mürəkkəb biznes problemlərini həll etmək üçün real istehsalat səviyyəli maşın öyrənməsi (ML), dərin öyrənmə arxitekturaları və təkmil modelləşdirmə sistemlərinin sıfırdan qurulmasına yönəlib.
Data Analytics
Bu 10 həftəlik Data Analitika proqramı mobil rabitə, enerji, kənd təsərrüfatı, maliyyə, səhiyyə, turizm və ictimai infrastruktur sahələrini əhatə edən xüsusi verilənlər bazaları vasitəsilə real biznes analitikası iş axınlarını simulyasiya edir.
Necə işləyir?
Üç sadə addımda karyeranı planla, bilikdən işə gedən yol.
Həftəlik Tasklar və Code Review
Hər həftə yeni tasklar vasitəsi ilə öz biliklərini tətbiq edəcəksən. Həftənin sonunda isə yazdığın kodlara mentorlar tərəfindən baxış (review) ediləcək və sizlərə ətraflı rəy veriləcək.
Davamlı görüşlər və tədbirlər
Həftəlik canlı mentor görüşləri, sessiyalar, yarışmalar və təcrübə mübadiləsi imkanları. Hər zaman öyrənməyə və inkişafa təkan verən bir mühitdə olacaq, networking edəcək və karyeranda böyük addımlar atacaqsan.
Devlab Enterprise
Proqramın sonunda Enterprise modulunda partnyor şirkətlərdə işləmə imkanını əldə edəcəksən.
Karyeranı bu gün planlaşdır
Talent proqramı texnoloji karyeranın hər mərhələsini dəstəkləyir
İndi müraciət etDevlab Talent haqqında tez-tez verilən suallar
Aşağıda ən çox verilən sualları cavablandırmışıq. Hələ də sualınız varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
Məzunlarımız ölkənin aparıcı bank, holdinq və texnologiya şirkətlərində proqramçı və mütəxəssis kimi fəaliyyət göstərirlər. Onların arasında Kapital Bank, Crocusoft, AzInTelecom, Andersen Global, Bizera və digər tanınmış şirkətlər var.
Yüksək performans və inkişaf potensialı göstərən namizədlər təqaüd proqramına müraciət edə bilərlər. Seçim zamanı namizədin motivasiyası və qiymətləndirmə nəticələri əsas götürülür.
Təqaüd proqramına müraciət prosesi 2 mərhələdən ibarətdir: texniki test və onlayn müsahibə. Hər mərhələdə göstərilən nəticələr qiymətləndirilir və yekun təqaüd dərəcəsi ümumi performansa əsasən müəyyən edilir.
Proqramı bitirən uğurlu namizədlər, onların inkişaf yolu, portfoliosu, həllərin keyfiyyəti kimi statistikalarla birlikdə əməkdaş şirkətlərə təqdim olunur və onlarla mümkün işəgötürmə halları üçün proseslər dəstəklənir.
Hər bir iştirakçıya sahə üzrə mütəxəssis olan fərdi mentor təyin edilir. Mentorlar həftəlik görüşlərdə kodun nəzərdən keçirilməsi (code review) və yol xəritəsinin müəyyənləşdirilməsində kömək edirlər.
Veb saytımızdakı "Müraciət" bölməsinə daxil olaraq CV və ya GitHub profilinizi göndərməyiniz kifayətdir. Və ya birbaşa olaraq devlab.llc/apply linkinə daxil olaraq müraciətinizi tamamlayın.

